Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2019 17:16
İngiltərə Futbol Federasiyası "Liverpul"dan ayrılan Daniel Staricə cəza tətbiq edib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna onun mərc qaydalarını pozması səbəb olub. Belə ki, 29 yaşlı hücumçu 2018-ci ilin yanvar ayında mümkün transferi ilə bağlı qardaşı Leona bildirib. O, qardaşına "Sevilya"ya gedəcəyi ilə bağlı mərc şirkətində pul qoymağını istəyib.
Bu səbəbdən Staric 4-ü şərti olmaqla, 6 həftəlik futboldan kənarlaşdırılıb. Bundan başqa, o, 75 min funt sterlinq məbləğində cərimələnb.