Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2021 16:22
Bakı. Trend:
Beynəlxalq Münasiblərin Təhlili Mərkəzi (BMTM) “Erməni siyasətindəki son proseslər fonunda Erməni Apostol Kilsəsinin taleyi” adlı hesabat hazırlayıb.
BMTM-dən Trend-ə bildirilib ki, ilkin olaraq ingilis dilində hazırlanmış materialda erməni uydurmalarında milli kimliyin, tarixin, dövlətçiliyin formalaşmasında Apostol Kilsəsinin rolunun xüsusi qabardılması və cəmiyyətinin bölünməz bir hissəsi olaraq qeyd olunması təhlil olunur. Qeyd edilir ki, Erməni Apostol Kilsəsi həmişə erməni millətçiliyi üçün bir qüvvə və ideya mənbəyi olub və hazırda da bu siyasət davam edir. Təhlildə Erməni Apostol Kilsəsinin ictimai sektorda rolu, ona Ermənistan Respublikası Konstitusiyası tərəfindən verilmiş “xüsusi status" nəticəsində əldə etdiyi imtiyazlar və funksiyalar araşdırılır. Eləcə də, materialda Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra dövlət-din münasibətlərində yaranan dəyişiklik, Erməni Katolikosuna qarşı aparılan kampaniyalar və daha əvvəl erməni daxili siyasətinə qarışmamağa çalışan Erməni Apostol Kilsəsinin İkinci Qarabağ Müharibəsindən sonra irəli sürdüyü mövqe nəzərdən keçirilir.
Təhlili oxumaq və yükləmək üçün BURADAN keçid edə bilərsiniz: