Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Tarix: 26 Yanvar 2021 00:39

Bakı. Trend:

Xəbər verildiyi kimi, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Nazirlikdən Trend-ə bildirilib ki, həyata keçirilmiş tədbirlər nəticəsində dağıntı altından bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, FHN-in xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində bundan əvvəl dağıntı altından 6 nəfər vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

XXX

21:12

Xəbər verildiyi kimi, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Nazirlikdən Trend-ə bildirilib ki, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

XXX

Xəbər verildiyi kimi, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı aparılır.

Nazirlikdən Trend-ə bildirilib ki, hadisə ilə əlaqədar Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından 5 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

XXX

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Nazirlikdən Trend-ə bildirilib ki, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 3-ə çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

XXX

Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış baş verib. Hadisə Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, partlayışdan sonra evdə yanğın başlayıb. Partlayışın gücündən yaxınlıqdakı çoxmərtəbəli binaların şüşələri sınıb.

Hadisə yerinə FHN əməkdaşları cəlb edilib.

İki nəfər dağıntılar altından xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Onlardan biri qadın, digəri isə uşaqdır. Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir.

Hadisənin səbəbləri barədə dəqiqləşdirmə aparılır.

Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB) - Gallery Image Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB) - Gallery Image Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB) - Gallery Image Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB) - Gallery Image Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB) - Gallery Image Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB) - Gallery Image Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB) - Gallery Image Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB) - Gallery Image Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB) - Gallery Image Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB) - Gallery Image Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB) - Gallery Image Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB) - Gallery Image


Etiketlər:  Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb FOTOVİDEO ƏLAVƏ OLUNUB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ