Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 00:28
Bakı. Trend:
İtaliya hökumətinin sədri Cuzeppe Konte istefa vermək niyyətindədir.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə hökumət sarayının mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: "Çərşənbə axşamı saat 09:00-da Nazirlər Şurasının iclası baş tutacaq. İcalsda hökumətin sədri Cuzeppe Konte istefa verəcəyini bəyan edəcək. Bundan sonra C.Konte müvafiq ərizəni ölkə prezidenti Sercio Mattarellaya təqdim edəcək".
İstefanın formal xarakter daşıyacağı ehtimal olunur, çünki C.Kontenin yeni mandat alacağı istisna edilmir.