Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2019 18:44
Bakı. Samir Əli - Trend:
2019-cu ilin birinci yarısında Bakıda cinayət hadisələrinin sayı azalıb.
Trend-in məlumatına görə, bu barədə bu gün Bakı şəhər prokurorluğunda keçirilən geniş əməliyyat müşavirəsində edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib.
Onun sözlərinə görə, 2018-ci ilin birinci yarımilində şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 5678 hadisə qeydə alındığı halda, 2019-cu ilin birinci yarısında 182 hadisə, yəni 3,2 % azalaraq 5496 hadisə olub:
"Qeydə alınmış cinayətlərin açılma faizi 6,7% azalaraq 75,4 %, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 37 hadisə və ya 5,6% artaraq 695 olub. 2019-cu ilin birinci yarısında qeydə alınmış 37 qəsdən adam öldürmə cinayətinin 1-i istisna olmaqla, 19 qəsdən adam öldürməyə cəhd cinayətinin hamısının açılması təmin edilib".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin