Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zərif Azərbaycandan sonra Rusiyaya getdi

Zərif Azərbaycandan sonra Rusiyaya getdi

Tarix: 26 Yanvar 2021 14:48

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiyaya səfər edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Cavad Zərif Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

İran və Rusiya XİN başçıları Dağlıq Qarabağ məsələsi, İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı, Suriya, Əfqanıstan və Körfəzdəki vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, Cavad Zərif yanvarın 23-24-də Bakıya səfər edib. Rusiyadan sonra İran XİN başçısı Ermənistan, Gürcüstan və Türkiyəyə səfər edəcək.

Xatırladaq ki, bu, artıq pandemiya dövründə Cavad Zərifin Rusiyaya dördüncü səfəridir.


Etiketlər:  Zərif Azərbaycandan sonra Rusiyaya getdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ