Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UFC döyüşçüsü güllələnərək öldürüldü

UFC döyüşçüsü güllələnərək öldürüldü

Tarix: 9 Oktyabr 2025 09:26

Avstraliyanın Sidney şəhərində faciəvi hadisə baş verib.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, keçmiş UFC döyüşçüsü Suman Moxtaryan naməlum şəxs tərəfindən güllələnib.

Qatil "Audi" markalı avtomobildən atəş açaraq hadisə yerindən qaçıb. 31 yaşlı idmançıya tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq, o, hadisə yerində dünyasını dəyişib.

Polis hadisəni sui-qəsd kimi qiymətləndirir və bunun cinayətkar qruplaşmalarla əlaqəsini araşdırır.

Qeyd edək ki, Moxtaryana 2024-cü ilin fevralında da silahlı hücum cəhdi edilmişdi.

Hüseyn


Etiketlər:  döyüşçüsü güllələnərək öldürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ