Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2025 17:00
Aparıcı Elgiz Əkbər ondan yardım istəyən bir vətəndaşın proqramı haqda TikTok-da canlı yayımda dediklərinə görə polisə müraciət edib.
Sonxeber.net xəbər verir ki, Tural adlı şəxs TikTok-da videolar yayımlayaraq verilişə gələn iştirakçılardan pul alındığını iddia edib.
O, "Orada hamı, vəkillər, həkimlər pul alırlar. Guya, xeyirxahdılar. Amma bilməzdim ki, uşağımın xəstəliyinə çarə tapmayacaqlar. Bu veriliş şoudur, cəfəngiyatdır. Heç kim üz tutmasın ora" sözlərini deyib.
"Elgizlə izlə" verilişinə gələn oğlan sonradan fikirlərini təkzib edib və "Pul istənməyib. Mənim ailəm təhqir olunub. Evimin pis halda göstəriblər" sözlərini deyib.
Elgiz "Sonuncu dəfə olsun. Allahdan qorxun. Verilişim haqda şər danışan heç kimi bundan sonra bağışlamayacağam. Gəlib dərman istəsəydiniz, almayacaqdıq?" deyə, oğlana bildirib.
Məsələ ilə bağlı danışan E.Əkbər "Gəlib ki, həyat yoldaşım uşaqları atıb qaçıb. İkimərtəbə evi var. Yalandan bizə çirkli bir ev göstərib. Mən də yoldaşına dedim ki, Əfsanə ev çirkin içindədir, uşağın ağzına mikrob düşüb. Evi təmizlə, belə pintilik olar? Uşağı apardıq həkimə, üzərimizə düşən bütün vəzifəni gerçəkləşdirdik. Axı mən dərman ala bilmərəm, məndə o qədər pul hardandı? Mənim haradan xəbərim var ki, dərman ala bilmirsən? Neçə dəfə məni şərləyirlər" sözlərini bildirib.
Tural isə üzr istəyib, səhv etdiyini bildirib və şikayət edilməməsini deyib.(axsam.az)