Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA ''Qarabağ''ı cəzalandırdı

UEFA ''Qarabağ''ı cəzalandırdı

Tarix: 27 Noyabr 2025 21:44

UEFA İntizam Komitəsi "Qarabağ" klubunu cəzalandırıb.

Sonxeber.net xəbər verir ki, buna səbəb Ağdam təmsilçisinin U-19 komandasının UEFA Gənclər Liqasının IV turunda evdə "Çelsi" ilə keçirilən oyun zamanı azarkeşlərinin davranışı olub.

"Köhlən atlar"ın tərəfdarları rəqibin futbolçusuna qarşı irqçilik edib. UEFA buna görə "Qarabağ"ı 5000 avro məbləğində cərimələyib.

Kluba həmçinin növbəti ev oyununu azarkeşsiz keçirmə şərti cəzası verilib. "Qarabağ" azarkeşləri bu müddətdə təkrar irqçi hərəkətlər edərlərsə, cəza qüvvəyə minəcək.


Etiketlər:  UEFA Qarabağı cəzalandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ