Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2025 19:22
Bu gün I Liqanın 9-cu turu çərçivəsində"ASCO Arena"da keçirilmiş "Səbail" - "Cəbrayıl" oyunundan sonra "Səbail" PFK-nın İdarə Heyətinin iclası keçirilib.
Sonxeber.net xəbər verir ki, bu haqda klub məlumat yayıb.
Bildirilib ki, toplantıda İdarə Heyətinin üzvləri ilə yanaşı, klubun məşqçi heyəti də iştirak edib və mövsümün əvvəlindən bu günə qədər keçirilmiş oyunların nəticələri müzakirə olunub, müsbət və mənfi məqamlar qeyd olunub.
İclasda baş məşqçi Elvin Məmmədovun hesabatı dinlənilib. Toplantının sonunda Elvin Məmmədovun istəyinə əsasən baş məşqçi və köməkçiləri ilə klub arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.