Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2025 20:15
Əməkdar artist Vasif Məhərrəmli şok iddia səsləndirib.
Sonxeber.net xəbər verir ki, Vasif "Tarixin bir günü" verilişində qonaq olarkən bəzi sənətçilərin efirə sərxoş çıxdığını iddia edib:
"Zaman-zaman efirlərə sərxoş insanlar çıxardırlar. İçkili efirə çıxırlar, ağzının danışığını bilmirlər, ailələr, uşaqlar, yaşlılar izləyir. Sənət adamı örnək olmalıdır. Necə ki, ailə dəyərlərindən danışırdıq, nümunəvi ata olan sənətçilərimiz var. Televiziyaya məbəd kimi baxmalıyıq, oyuncaq deyil, hər birimiz buradan yararlanıb, tərbiyələnirik. İstəsən də, istəməsən də, televiziyanı açıb Toliki, Zauru, digər aparıcıları izləyirsən. Televiziyada senzura olmalıdır, mahnılar da senzuradan keçməlidir. Görürsən ki, o adam efirə çıxacaq halda deyil, sərxoşdur, ya da başqa nəsə qəbul edib. Qoy, o kreslo boş qalsın. Sən də efirdə elan et ki, filankəs sərxoş gəlmişdi, tamaşaçımıza hörmət edib onu efirə çxıarmadıq".