Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2025 21:35
Tarzən Humay Qədimova açıqlaması ilə diqqət çəkib.
Sonxeber.net xəbər verir ki, "Öz aramızda" verilişində qonaq olan sənətçi sosial şəbəkələri və efiri tənqid edib:
"Haranı açıram qışqırırlar, elə bil dəlixanadır. Ailə üzvlərinin, körpə uşağın yanında TikTok-u aça bilmirsən, qışqırtı səsi var. Televiziya ictimai yerdir, siz küçədə qışqıra bilərsiniz? Yox. Bəs televiziyada niyə qışqırırlar? Məzhəb qarışıb. Bu sferaya aidiyyəti olmayan insanlar çaşbaş qalıb. Bir ay ərzində iki dəfə səfərdə olmuşam, mədəniyyəti təbliğ etmək üçün getmişəm, bir qadının timsalında tarı təmsil etmişəm. Özbəkistana və Avstriyaya yollanmışam, bəziləri kimi ora ticarət mərkəzlərinə getməmişəm, təyyarədə şəkil çəkdirib paylaşmamışam. On beş gündür qayıtmışam, bir aparıcı, jurnalist zəng edib, demir ki, siz orada nə gəzirdiniz? Üzeyir bəy bizim Üzeyir bəyimizdir, hər birimizindir. Mənim uğurum deyil, tarın uğurudur. Mən yerimə başqası da gedə bilər".