Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 18:40
Bakı. Trend:
Yelo Bank Azərbaycanda ilk dəfə hüquqi şəxslər və sahibkarlar üçün 24/7 rejimində Ani Ödənişlər Sistemi (AÖS) üzərindən hesablararası köçürmə və ödənişləri etmək imkanı yaratdı. Sistemdən Yelo Bank-ın internet bankçılıq xidməti vasitəsilə istifadə etmək mümkündür.
Bu xidmətin tətbiqi nəticəsində hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaları sadələşdirilmiş identifikatorlar vasitəsilə (VÖEN, mobil nömrə, e-poçt) bank hesabları üzərindən aparmaq olur. Sadalanan əməliyyatları eyni qaydada, Yelo Bank-ın filial şəbəkəsi vasitəsilə də həyata keçirmək mümkündür. Qeyd edək ki, Ani Ödənişlər Sistemi (AÖS) Mərkəzi Bank tərəfindən 2020-ci ildə istifadəyə verilib. Yaxın zamanda AÖS-ün əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılması planlaşdırılır.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook və Instagram hesablarımıza yazın cavablandıraq!
Yelo Bank – Parlaq bankçılıq