Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus 2020-ci ildə smartfonların satış həcmini aşağı salıb

Koronavirus 2020-ci ildə smartfonların satış həcmini aşağı salıb

Tarix: 26 Yanvar 2021 22:52

"Digitimes Research" analitiklərinin məlumatına görə, 2020-ci ildə dünyada smartfonların tədarük həcmi xeyli azalaraq 1,24 milyard səviyyəsində olub.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, 8,8%-lik azalma koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhranla izah olunur. Satış həcmi birinci rübdə 20% azalıb, amma 2020-ci ilin sonuna yaxın azalma tempi bir qədər zəifləyib.

"5G" dəstəkli qurğular smartfonların satış həcminə öz dəstəyini veriblər. 2020-ci ildə təxminən 300 milyon "5G" smartfon satılıb.

Ötən il "Samsung" şirkəti ən çox smartfon satmağa nail olub. Növbəti yerlərdə "Apple", "Huawei", "Xiaomi", "Oppo" və "Vivo" şirkətləri qərarlaşıb.


Etiketlər:  Koronavirus 2020 ildə smartfonların satış həcmini aşağı salıb


RƏYLƏR