Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Pfizer" şirkəti 15 fevraldan etibarən Kanadaya koronavirus peyvəndinin gətirilməsini bərpa edəcək

Tarix: 27 Yanvar 2021 04:52

Bakı. Trend:

ABŞ-ın "Pfizer" şirkəti 15 fevraldan etibarən Kanadaya koronavirus peyvəndinin gətirilməsini bərpa edəcək.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Kanadanın Baş naziri Castin Trüdo bildirib.

Baş nazirin sözlərinə görə, o, şirkət rəhbərliyindən peyvəndi çatdırmaq üçün müqavilə öhdəliklərini yerinə yetirəcəyinə dair zəmanət alıb.

C.Trüdo bildirib ki, bu şirkətin 25 yanvar tarixindən Kanadaya peyvənd gətirilməsinin müvəqqəti dayandırılması Belçikadakı "Pfizer" zavodunda istehsalın modernləşdirilməsi ilə əlaqəli olub.


Etiketlər:  Pfizer şirkəti 15 fevraldan etibarən Kanadaya koronavirus peyvəndinin gətirilməsini bərpa edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ