Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2025 16:34
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev ilə Kopenhagendə keçirilən görüşdən və ümumilikdə Bakı ilə aparılan təmaslardan məmnun qaldığını bildirib.
Sonxeber.net "Sputnik Ermənistan"ın "Telegram" kanalına istinadla xəbər verir ki, Paşinyan bu fikirləri brifinq zamanı jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
O, Ermənistanla Azərbaycan arasında sülhün artıq bərqərar olduğunu qeyd edib və bu reallığı inkar etməyin mümkün olmadığını vurğulayıb.
Baş nazir əlavə edib ki, hazırda sülhün institusionallaşması prosesi davam edir və əsas məsələ kimi sülhün mövcudluğu faktının** qəbul edilməsinin vacibliyini önə çəkib.
Hüseyn