Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Perunun paytaxtı və ölkənin doqquz bölgəsində karantin rejimi tətbiq ediləcək

Perunun paytaxtı və ölkənin doqquz bölgəsində karantin rejimi tətbiq ediləcək

Tarix: 27 Yanvar 2021 09:04

Bakı. Trend:

Peru hakimiyyəti sərt karantin rejimini geri qaytarmağında dair qərar verib.

Trend-in məlumatına görə, bu barədə ölkənin prezidenti Fransisko Saraqasti bildirib.

Peru prezidenti bildirib ki, buna əsasən, koronavirusun yayılmasının qarşısını almaq üçün ölkənin paytaxtında və doqquz bölgəsində vətəndaşların sərbəst hərəkətinə qadağa qoyulması nəzərdə tutulur:

"Karantin Limada, eləcə də Ankaş, Apurimak, Ica, Kalyao, Lima, Pasko, Uankavelika, Uanuko və Xunin bölgələrində tətbiq olunacaq".


Etiketlər:  Perunun paytaxtı ölkənin doqquz bölgəsində karantin rejimi tətbiq ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ