Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2021 11:50
Rejissoru Mehmet Bozdağ olan "Kuruluş Osman" serialının aktyor heyəti genişlənməkdə davam edir.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ekran işinə yeni aktrisa daxil olub. Bundan sonra serialda Funda Güray da rol alacaq. Onun hansı obrazı canlandıracağı hələ açıqlanmayıb.
Qeyd edək ki, ekran əsərinin əsas rollarında Burak Özçivit, Nurettin Sönmez, Erkan Avcı və Özge Törer kimi aktyorlar çəkiliblər. Tarixi janrlı ekran əsərində Osmanlı imperiyasının əsasını qoyan Osman Qazinin düşmənlərinə qarşı apardığı mübarizəsindən bəhs edilir.