Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaponiya hökuməti Olimpiya Oyunlarına 10 minə yaxın tibb işçisi cəlb etməyi planlaşdırır

Yaponiya hökuməti Olimpiya Oyunlarına 10 minə yaxın tibb işçisi cəlb etməyi planlaşdırır

Tarix: 27 Yanvar 2021 20:34

Yaponiya hökuməti Tokio Yay Olimpiya Oyunları zamanı 10 minə yaxın tibb işçisini cəlb etməyi planlaşdırır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Yaponiyanın Olimpiya və Paralimpiya oyunları üzrə naziri Seyko Haşimoto bildirib. S.Haşimoto bu mütəxəssislərin Olimpiadaya cəlb edilməsinin yerli tibb müəssisələrinin işinə zərər verməyəcəyini də vurğulayıb.

Qeyd edək ki, Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Ancaq pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Olimpiadanın iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.

Milli.Az


Etiketlər:  Yaponiya hökuməti Olimpiya Oyunlarına 10 minə yaxın tibb işçisi cəlb etməyi planlaşdırır


RƏYLƏR