Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlər Kabinetindən fevralın 1-i ilə bağlı AÇIQLAMA

Nazirlər Kabinetindən fevralın 1-i ilə bağlı AÇIQLAMA

Tarix: 28 Yanvar 2021 10:44

Fevralın 1-dən sonra şənbə və bazar günləri də ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək.

Sonxeber.net bildirir ki, bunu APA-nın sorğusuna cavab olaraq, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin 16 yanvar 2021-ci tarixli qərarına əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.


Etiketlər:  Nazirlər Kabinetindən fevralın ilə bağlı AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ