Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı artıb - 13 faiz

Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı artıb - 13 faiz

Tarix: 19 Iyul 2019 09:48

Bakı. Samir Əli - Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3.675,8 mln. manat təşkil edib.

Trend-in məlumatına görə, Dövlət Statistika Komitəsinin hesabatında ümumi göstəricinin 1.902,2 mln. manatının heyvandarlıq, 1.773,6 mln. manatının isə bitkiçilik məhsullarının payına düşdüyü qeyd edilib.

Qeyd edək ki, hesabat dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 13 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,9 faiz, bitkiçilik məhsulları üzrə isə 25,6 faiz artıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı artıb faiz


RƏYLƏR