Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 13:25
Əməkdar artist Könül Kərimova bir müddət öncə sosial şəbəkə istifadəçiləri ilə arasında yaşanan qalmaqaldan danışıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni "Xəbər ətər" proqramına qonaq olarkən rəy yazaraq onun estetik prosedurlara hədsiz dərəcədə əl atdığını, görünüşünün tamamilə dəyişdiyini iddia edənlərə cavab verib.
K. Kərimova təbii gözəl olduğunu qeyd edib: "Ətrafımda olan hər kəs bilir ki, bu prosedurları etdirmək mövzusunda çox tənbələm. Bir balaca gözəl görünəndə yazırlar ki, botoks etdirmisən!
Adətən "əşi, gedərəm" deyib həmişə günü günə satmışam. Bir gün evdəkilər də dedilər ki, düz edirsən, getmə! Deyirlər ki, hamı məndən danışır, fikirləşirlər ki, nəsə etdirib belə gözəl olmuşam. Nə vaxt desələr ki, nə günə qalmısan, bax o zaman gedərəm".
Qeyd edək ki, sənətçi bir müddət əvvəl paylaşdığı fotoya şərh bildirənlərə bir-bir cavab yazmış, hətta onları təhqir etmişdi.