Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 13:46
İran nüvə obyektlərini hücumla təhdid edən İsrailə sərt reaksiya verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, İran Baş Qərargah rəsmisi Ebulfazl Çikarçi İsrail Baş Qərargah rəisi Əviv Koçavinin açıqlamasına cavab verib.
Təhdidləri "psixoloji müharibə" və ya "səhv" olaraq qəbul etdiklərini söyləyən Çikarçi "ən kiçik səhvlərində raket bazalarını, Haifa və Təl-Əviv şəhərlərini məhv edə bilərik",- deyə bildirib.
O, İranın nüvə proqramının tamamilə təhlükəsiz olduğunu sözlərinə əlavə edib.
Qeyd edək ki, Koçavi ötən gün mətbuat konfransındakı çıxışında orduya İranın nüvə proqramının qarşısını almaq üçün yeni əməliyyat planları hazırlamağı əmr etdiyini açıqlayıb.