Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 15:32
Əlcəzair Liviyanın paytaxtı Tripolidəki təhlükəsizlik səbəbi ilə 7 ildir fəaliyyət göstərməyən səfirliyini açmağa hazırlaşır.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazir Sabri Bukadum Tripoliyə səfəri zamanı diplomatik fəaliyyətini bərpa etməsi gözlənilən səfirlik binasını ziyarət edib.
Açıqlamada XİN rəhbərinin Liviya Baş naziri Faiz Sərrac, Dövlət Ali Şurasının Prezidenti Xalid əl-Mişri, Nümayəndələr Palatasının sədri Hammud Siyala, Liviya millət vəkilləri və xarici işlər naziri Muhammed Tahir ilə danışıqlar apardığı vurğulanıb.