Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 19:16
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Altıağac qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 260 manat pul, danışıq kartları və tütün məmulatları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini İlqar Camalov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı İ.Camalov barəsində Xızı RPŞ-də cinayət işi başlanılıb, onun digər oğurluq hadisələrində iştirakının olub-olmaması araşdırılır.