Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Huawei Nova 7 SE 5G Lohas Edition” smartfonu təqdim olunub

“Huawei Nova 7 SE 5G Lohas Edition” smartfonu təqdim olunub

Tarix: 28 Yanvar 2021 21:56

Çinin "Huawei" şirkəti "Huawei Nova 7 SE 5G Lohas Edition" smartfonunu təqdim edim edib. Smartfonun əsas xüsusiyyəti onun "Kirin 820E" adlı yeni birkristallı sistemlə təchiz edilməsindədir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeddi nanometrlik texnoloji proses üzrə hazırlanan "Kirin 820E" sisteminə 2,2 giqahers takt tezlikli üç "Cortex-A76" nüvəsi və 1,84 giqahers tezliyində işləyən üç "Cortex-A55" nüvəsi, eləcə də "Mali-G57" qrafik sürətləndiricisi daxildir. Smartfon 8 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. Əlavə olaraq "NM" yaddaş kartları üçün çıxış nəzərdə tutulub.

Məlumata görə, qurğu "Full HD " təsvir ölçülü 6,5 düym diaqonallı "IPS" ekrana malikdir. Ön kamera 16 meqapiksellidir. Əsas kameraya 48 meqapikselli əsas görüntü sensoru və "F/1,8" diafraqmalı obyektiv, 8 meqapikselli enlibucaqlı kamera və səhnə dərinliyi və makroçəkilişin müəyyənləşdirilməsi üçün iki ədəd 2 meqapiksellik sensor quraşdırılıb.

40 vatlıq sürətli enerjidoldurmanı dəstəkləyən "Huawei Nova 7 SE 5G Lohas Edition" smartfonunun akkumulyator tutumu 4 min milliamper/saat, qiyməti 355 dollar təşkil edir.

Milli.Az


Etiketlər:  Huawei Nova 7 SE 5G Lohas Edition smartfonu təqdim olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ