Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“National Geographic” “Instagram” səhifəsində dağıdılmış Ağdamdan fotolar paylaşdı

“National Geographic” “Instagram” səhifəsində dağıdılmış Ağdamdan fotolar paylaşdı

Tarix: 29 Yanvar 2021 11:58

Vaxtilə 40 min nəfər əhalisi olmuş və bu yaxınlarda Azərbaycan tərəfindən azad edilmiş Ağdam şəhərində təxminən otuz illik erməni işğalından sonra yalnız dağıntılar qalıb.

Sonxeber.net bildirir ki, bu barədə "National Geographic" jurnalının "Instagram" səhifəsindəki paylaşımında deyilir.

Qeyd olunub ki, 1993-cü ildə Ağdam işğal ediləndən sonra yalnız məscid binası bütöv qalıb, digər bütün bina və tikililər dağıdılıb.

Ötən ilin sentyabrında başlamış və 44 gün davam etmiş müharibə nəticəsində Azərbaycan 1990-cı illərdə itirdiyi ərazilərin böyük hissəsini azad edib.


Etiketlər:  National Geographic Instagram səhifəsində dağıdılmış Ağdamdan fotolar paylaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ