Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2021 14:24
Bakı. Orxan Nəbiyev - Trend:
"Toyota Motor" şirkəti Rusiyada 82 405 avtomobili geri çağırıb.
Trend-in məlumatına görə, qərar avtomobillərdə şüşətəmizləyicilərin qızdırıcılarında qeydə alınan qüsurlarla əlaqədar verilib.
Geri çağırılma 2013-cü ilin yanvarından etibarən istehsal olunmuş "Toyota LC200" və "Lexus LX570" modellərinə şamil olunur.
Geri çağırılan avtomobillərdə zəruri təmir işləri ödənişsiz həyata keçiriləcək.