Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2021 14:58
Liviyanın keçmiş lideri Muammar Qəddafinin Suriyada yaşayan gəlini Aline Skaf yenidən gündəmə gəlib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Şam şəhərində polis əməkdaşları ilə dava edib. Buna səbəb Alinenin parklamada ödəniş etməkdən boyun qaçırması olub. O, əvvəlcə qəbzi gətirən nəzarətçini təhqir edib, daha sonra hadisə yerinə gələn hüquq-mühafizə orqanları ilə mübahisə edib.
Hadisə zamanı ətrafa xeyli sayda vətəndaş toplaşıb. A. Skaf daha sonra maşınını polis əməkdaşları və vətəndaşların üzərinə sürüb, nəticədə 5 nəfəri yaralayıb. Daha sonra Ruba Ammar adlı tələbənin öldüyü açıqlanıb.
Alice polis tərəfindən saxlanılsa da, daha sonra sərbəst buraxılıb.
Qeyd edək ki, Skaf Qəddafinin beşinci oğlu Hanibal Qəddafinin oğlu ilə evlidir. Onlar 2011-ci ildə Suriyadan sığınacaq alıb. Lakin Hannibal 2015-ci ildə qaçırılaraq Liviyada həbs olunub.
Alinenin adı daha əvvəllər də bu cür insidentlərdə hallanıb. Belə ki, onun 2011-ci ildə uşağına baxan dayənin üzərinə qaynar su tökdüyü, 2015-ci ildə isə evlərində xidmət edən türk ofisiantı bıçaqladığı barədə məlumatlar yayılmışdı.