Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2021 17:12
"Baku Steel Company" şirkətinin DTX tərəfindən saxlanılan rəhbəri Rasim Məmmədovun vəkili Elçin Sadıqov ilkin açıqlama yayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, E.Sadıqov bildirib ki, Rasim Məmmədovun guya Ramiz Mehdiyevin qara kassası olması barədə deyilənlər həqiqəti əks etdirmir: "Rasim Məmmədov Ramiz Mehdiyevin kürəkəninin və oğlunun yalandan ibarət şikayəti əsasında tutulub".
Qeyd edək ki, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni İlham Əliyev hüquq-mühafizə orqanlarına şikayət edərək bildirib ki, Rasim Məmmədov onlardan birinin 4 milyon, digərinin 3,5 milyon dollar pulunu mənimsəyib.
Rasim Məmmədovun digər vəkili Bəxtiyar Hacıyevdir.