Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2021 19:10
"Qalatasaray" futbolçusu Jesse Sekidikanı icarəyə göndərib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, nigeriyalı hücumçu mövsümün sonuna qədər Superliqanın digər təmsilçisi "Konyaspor"da çıxış edəcək. Futbolçunun maaşını "Konyaspor"un ödəyəcəyi bildirilib.
Qeyd edək ki, 24 yaşlı forvard ötən ilin yanvarında "Qalatasaray"la 4.5 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Sekidika 2019-cu ilin yanvarında "Neftçi"də baxışda olub. Ancaq baş məşqçi Roberto Bordin onu bəyənmədiyi üçün geri göndərilib. O, Rumıniyanın "Qaz Metan" klubu ilə yoxlama matçında (3:0) da iştirak da edib.