Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan daha çox ölən peşə sahibləri

Koronavirusdan daha çox ölən peşə sahibləri

Tarix: 29 Yanvar 2021 21:12

İngiltərə Milli Statistika İdarəsinin araşdırmasına görə, 60 yaşadək işləyən kişilər arasında koronavirusdan ölüm halı qadınlardan iki dəfə çoxdur.

Sonxeber.net xəbər verir ki, ingilis sosioloqlarının araşdırmalarına görə, keçən il 9 martdan bəri 20-64 yaş arasında olan 5 mindən çox kişi COVID-19-dan vəfat edib.

Xadimələr, yük maşını sürücüləri, mühafizəçilər, fabrik işçiləri, santexniklər, dam örtüyü ustaları, rəngsazlar, inşaat işçiləri və elektrik ustaları daha çox risk altında olub.

Qadınlara gəldikdə, fabriklərdə çalışan xanımlar və tibb bacıları arasında COVID-19-a yoluxanlar daha çox olub.

Taksi və avtobus sürücüləri, aşpazlar və dükan işçiləri də risk altındadır. Özünü təcrid edən digər peşə sahibləri isə infeksiyadan daha az əziyyət çəkib.

Sosioloqlar pandemiyanın mərkəzində olan həkim və tibb bacılarına xüsusi yer ayırıb. Son bir ildə tibb işçiləri arasında ölüm nisbəti əvvəlki dövrlərə nisbətən əhəmiyyətli dərəcədə artıb.

Mütəxəssislər xüsusilə Britaniya ştammı adlanan yeni koronavirus növündən narahatdırlar. İngiltərə Səhiyyə naziri Mett Henkokun sözlərinə görə, o, aşağı ixtisaslı işçilər üçün daha çox təhlükə yaradır, onlar arasında ölüm halları yüksək ixtisaslı işçilərə nisbətən daha çoxdur. (publika.az)


Etiketlər:  Koronavirusdan daha çox ölən peşə sahibləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ