Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbulun üç rayonunu əhatə edən seysmik xətdə anormallıq müşahidə olunub

İstanbulun üç rayonunu əhatə edən seysmik xətdə anormallıq müşahidə olunub

Tarix: 29 Yanvar 2021 22:44

Mütəxəssislər 2013-cü ildən indiyədək aparılan araşdırmaların nəticəsi olaraq İstanbulun Silivri, Kumburqaz və Böyükçekmece rayonlarını əhatə edən seysmik xətdə anormallığın müşahidə olunması ilə bağlı xəbərdarlıq ediblər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Türkiyənin Boğaziçi Universiteti, Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu tərəfindən ölkənin Mərmərə bölgəsində ehtimal olunan böyük zəlzələ ilə bağlı birgə araşdırmalar davam etdirilir.

Tədqiqatlar çərçivəsində dəniz altına yerləşdirilən xüsusi cihazlar vasitəsilə yer qabığında bəlli deformasiyaların, bəzi bölgələrdəki isə seysmik xətlərdə sürüşmələrin olduğu müşahidə edilib. Bundan əlavə, Mərmərə bölgəsindən keçən Şimali Anadolu seysmik zonasında da iki ana qola ayrılmaların olduğu bildirilir.

Xüsusi cihazlar vasitəsilə əldə edilən məlumatlara əsasən, qərb seqmentində sıx enerji axını müşahidə edilir. Bununla birlikdə Mərkəzi Mərmərədə daha narahat bir mənzərə yaranır. Müxtəlif elm adamları tərəfindən bu seqmentdə son zəlzələnin 1766-cı ildə olduğu bildirilir. Mütəxəssislər 250 ildən çox zəlzələ yaşamayan bir bölgədə riskin daha yüksək olduğunu düşünürlər. Qeyd edilir ki, mövcud məlumatlar Silivridən Böyükçekmeceyə qədər uzanan orta seqmentin gələcəkdə baş verə biləcək zəlzələlərə namizəd olduğunu göstərir. Başda İstanbul olmaqla Türkiyənin Mərmərə bölgəsinə təsir göstərəcək zəlzələnin 7 baldan yüksək olacağı ehtimal edilir. Hazırda zəlzələnin təsirinin azaldılması məqsədilə Kandilli Rəsədxanası tərəfindən hər gün 24 saat ərzində 450 xüsusi cihaz vasitəsilə Türkiyənin hər bölgəsi müşahidə altındadır. Qabaqlayıcı tədbirlər çərçivəsində ölkənin, xüsusilə bölgənin riskli hesab edilən ərazilərində gücləndirilmiş yenidənqurma işləri aparılır.


Etiketlər:  İstanbulun üç rayonunu əhatə edən seysmik xətdə anormallıq müşahidə olunub


RƏYLƏR