Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərt karantin rejiminin hər həftəsi Avstriya iqtisadiyyatına 1,7 milyard avroya başa gəlir

Sərt karantin rejiminin hər həftəsi Avstriya iqtisadiyyatına 1,7 milyard avroya başa gəlir

Tarix: 29 Yanvar 2021 23:16

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən sərt karantin rejiminin hər həftəsi Avstriya iqtisadiyyatına 1,7 milyard avroya başa gəlir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iqtisadi göstəriciləri təqdim edən Avstriya İqtisadiyyat Palatasının prezidenti Harald Mahrer ölkədə sərt karantin rejimini mümkün qədər qısa zamanda və mərhələli şəkildə yumşaltmağa çağırıb. O bildirib ki, əksər ticarət obyektlərinin təxminən 3 aydan bəri bağlı qalmasının qısamüddətli zərərləri ilə yanaşı, uzunmüddətli fəsadları da iqtisadiyyatda özünü göstərəcək: "Əgər fevralın 8-də lokdaun yumşaldılmasa, onda ölkə iqtisadiyyatı yenidən milyardlarla avro itirəcək. Lokdaunun Pasxa bayramına qədər davam etməsi çox sayda iş yerlərinin məhv olmasından qaçmaq mümkün olmayacaq".

H.Mahrer qeyd edib ki, təhlükəsizlik konsepsiyaları, FFP2 maskaları, mütəmadi testlər və vaksinasiya prosesinin aparılması iqtisadiyyatın bir sıra sahələrində normal fəaliyyətə imkan verir. Virusa yoluxma hallarının aşağı düşməməsi iddiasına cavab olaraq iqtisadçı bildirib ki, yoluxma hallarında kəskin artımın olmaması da vəziyyətin nəzarət altında olduğunu göstərir və bir çox Avropa ölkələri oxşar statistika ilə artıq ticarət obyektlərinin açılmasına hazırlaşır.

Qeyd edilməlidir ki, hazırda qeyri-qida sektorundakı ticarət və ictimai-iaşə obyektləri, eləcə də onların icarədarlarının maraqlarını təmsil edən ittifaq və lobbi təşkilatları ölkə hökumətinə fevralın 8-də sərt karantin rejimini yumşaltmaq üçün təzyiq göstərir. Onlar lokdaunun davam edəcəyi təqdirdə stasionar ticarətlə məşğul olan bir çox obyektin iflasa uğrayacağını, ölkədəki yarım milyonluq işsizlər kütləsinin sıraları daha da genişlənəcəyini iddia edirlər.

Milli.Az


Etiketlər:  Sərt karantin rejiminin hər həftəsi Avstriya iqtisadiyyatına milyard avroya başa gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ