Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lənkəranda qəza baş verib, 2 nəfər xəsarət alıb - FOTO

Lənkəranda qəza baş verib, 2 nəfər xəsarət alıb - FOTO

Tarix: 30 Yanvar 2021 08:28

Lənkəranda yol-nəqliyyat hadisəsi yaşayış massivini işıqsız qoyub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza gecə saatlarında şəhərin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb.

"BMW" markalı minik avtomobili idarəetmədən çıxaraq işıq və elektrik dirəklərinə çırpılıb. Avtomobildə olan 2 şəxs - şəhər sakinləri, 1995-ci il təvəllüdlü Elnur Eldar oğlu Zeynallı və 1994-cü il təvəllüdlü İlkin Azər oğlu İsmayılzadə müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan İ.İsmayılzadənin vəziyyəti orta-ağır qiymətləndirilir.

Qəza nəticəsində hadisənin baş verdiyi ərazidə elektrik təchizatı dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Lənkəranda qəza baş verib nəfər xəsarət alıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ