Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2021 09:28
İŞİD terror qruplaşmasının liderlərindən biri İraqda ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava hücumu nəticəsində öldürülüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Əbu Yasir kimi tanınan Cabbar Salman Əli Fərhan əl-İssavi Kərkük şəhəri yaxınlığında məhv edilib. Aviazərbə zamanı daha 9 İŞİD yaraqlısı da öldürülüb. Əməliyyatda İraq təhlükəsizlik xidməti iştirak edib. Havadan hücumu isə ABŞ ordusu həyata keçirib.
Məlumata görə, əl-İssavi İraqda İŞİD silahlılarının fəaliyyətinə rəhbərlik edib və qruplaşmanın ölkədəki təsir gücünü bərpa etməyə çalışırmış.