Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Valideynlərini itirmiş uşaqlara verilən ödəmələr bir neçə dəfə artır - Yeni qaydalar

Valideynlərini itirmiş uşaqlara verilən ödəmələr bir neçə dəfə artır - Yeni qaydalar

Tarix: 30 Yanvar 2021 11:00

Bakı. İlhamə İsabalayeva -Trend:

Təhsil Nazirliyi valideynlərini itirmiş və himayəsindən məhrum olunan şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı yeni qaydanı açıqlayıb.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması təhsil aldığı müəssisənin və ya AMEA-nın vəsaiti hesabına təmin edilir və yaxud həmin dərslik və dərs ləvazimatları əvəzinə 50 manat (əvvəl 36 manat) müavinət veriləcək.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, ümumi təhsil, peşə təhsili, orta iхtisas təhsili, ali təhsil müəssisələrini və AMEA-nı bitirdikləri zaman müvafiq təhsil müəssisəsinin və ya AMEA-nın xərclər smetası hesabına 265 manat (əvvəl 27,5 manat) məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunacaqlar.


Etiketlər:  Valideynlərini itirmiş uşaqlara verilən ödəmələr neçə dəfə artır Yeni qaydalar


RƏYLƏR