Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2021 11:06
Bu günə qədər Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin mübadiləsi prosesi çərçivəsində 55-dən çox Ermənistan Respublikası vətəndaşı və 15 Azərbaycan Respublikası vətəndaşı vətənlərinə qaytarılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti Mərkəzinin rəis müavini, polkovnik Dmitri Perepelkin keçirdiyi brifinqdə məlumat verib.
"Rusiya sülhməramlı kontingentinin komandanlığının səyləri ilə yanvarın 28-də Azərbaycanla Ermənistan arasında daha bir hərbi əsir mübadiləsi baş verdi. 1 hərbçi Bakıya qaytarıldı, 5 Ermənistan vətəndaşı İrəvana təslim edildi", - o qeyd edib.