Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2019 14:15
Bakı. Trend:
Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini P.İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobildən 330 qram heroin və 540 qram metamfetamin aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Abşeron rayonu Mehdiabad qəsəbəsində kirayədə yaşadığı evdən isə 2 kiloqram 443 qram heroin, 572,682 qram metamfetamin və 3 kiloqram 245 qram marixuana aşkar edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin