Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2019 15:16
Argentinanın “Uraqan” klubunun hücumçusu Lukas Qamba “Qarabağ” transfer siyahısındadır.
Qol.az-ın xəbərinə görə, bu iddianı bu gün Argentinanın bir neçə xəbər saytı yayıb.
Lukas Qambanın 32 yaşı var. O, 2018/19 mövsümündə Argentina yüksək liqasında 24 oyuna 6 qol vurub.
Yazıda qeyd edilib ki, “Qarabağ” özü rəsmi şəkildə futbolçunun klubuna müraciət etməyib. Amma menecerlər vasitəsi ilə belə təmas qurulub. Hərçənd xəbəri yayan bütün mənbələr qeyd edir ki, Lukas Qamba yalnız “Qarabağ” bu il Çempionlar Liqasının qrupuna düşəcəyi halda transfer edilə bilər.
Hazırda futbolçunun təzminat qiymətinin 2 milyon 100 min dollar olduğu da bildirilib.
“Qarabağ” klubuna yaxın mənbələrdən isə Qol.az-a bəlli olub ki, Türkiyənin “Osmanlıspor” komandasından Magaye Geyenin transferindən sonra baş məşqçi Qurban Qurbanov avrokuboklarda qrup mərhələsinə kimi əlavə hücumçu almamaq qərarı verib. Komanda ÇL-də qrupa düşərsə, bu halda transfer siyasətində hansısa yeniliklər ola bilər. Bununla belə, klub qapıçı və orta mövqeyə daha bir yarımüdafiəçi almaq fikrindədir.