Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada koronavirusa yoluxanların sayı 102,5 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 102,5 milyonu keçib

Tarix: 31 Yanvar 2021 11:12

Bakı. Trend:

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 102,5 milyon nəfəri ötüb.

Trend-in məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 102 577 980 nəfərə çatıb. Onlardan 2 219 889 nəfəri ölüb, 56 762 082 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (26 072 562), Hindistanda (10 746 174) və Braziliyada (9 176 975) qeydə alınıb.


Etiketlər:  Dünyada koronavirusa yoluxanların sayı 1025 milyonu keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ