Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusla mübarizə üçün varlılardan vergi alınacaq

Koronavirusla mübarizə üçün varlılardan vergi alınacaq

Tarix: 31 Yanvar 2021 17:14

İqtisadi cəhətdən çox ağır dönəm keçirən Argentinada koronavirusla mübarizə üçün varlılardan əlavə vergi alınması ilə bağlı qərar verilib. 

Sonxeber.net musavat.com xarici mediaya istinadən xəbər verir ki, birdəfəlik xüsusi vergi ilə sərvəti 200 milyon pesodan (2,3 milyon dollar) çox olanlar dövlətə daxili aktivlərinin yüzdə 3-ü və xaricdəki aktivlərinin yüzdə 5-ni verəcəklər. Hökumət bu yolla 3 milyard dollar vergi yığacağına ümid edir. Verginin bir hissəsi zəif yardım və təhsil təqaüdləri üçün də istifadə ediləcək.

"Milyoner vergisi" adlanan bu vergi ölkənin 12 min ən varlı adamını əhatə edir. Sol mərkəzdə olan Prezident Alberto Fernandezin təklifi ilə qüvvəyə minən bu vergi müxalifət tərəfindən "qəsbkarlıq" olaraq xarakterizə olunur. Bu verginin birdəfəlik deyil, daimi hala gətirilə biləcəyindən narahat olanlar da var.

Koronavirus pandemiyasından əvvəl iqtisadi problemlərlə mübarizə aparan Argentinada vəziyyət 2020-ci ildə daha da pisləşib. Ölkənin yüzdə 40-ı yoxsulluq həddinin altına düşsə də, işsizlik yüzdə 11-ə qədər yüksəlib.

Londonda yerləşən yoxsulluqla mübarizə fondu Oxfamın bu mövzuda apardığı araşdırmada Argentinadakı böhrandan çıxış yolunun zənginlərdən daha çox vergi yığmaq olduğu ortaya çıxıb.

Məruzədə bildirilib ki, "Dünyada koronavirus pandemiyası səbəbindən normal mənfəətdən çox qazanan şirkətlərin vergiləri ilə 104 milyard dollarlıq bir fond yaradıla bilər. Bu, bütün işçilərə işsizlik sığortası və ən yoxsul təbəqədəki bütün uşaqlar və qocalar üçün təhlükəsizlik təmin edə bilər".

Argentinada bu günə qədər 2 milyon koronavirusa yoluxma hadisəsi baş verib. Virusa görə 47 min insan ölüb.


Etiketlər:  Koronavirusla mübarizə üçün varlılardan vergi alınacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ