Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyanın avtomobil istehsalçısı şirkətləri yarımkeçiricilərin çatışmaması səbəbindən istehsalı azaldır

Yaponiyanın avtomobil istehsalçısı şirkətləri yarımkeçiricilərin çatışmaması səbəbindən istehsalı azaldır

Tarix: 31 Yanvar 2021 20:42

Yaponiyanın nüfuzlu avtomobil istehsalçısı şirkətləri yarımkeçiricilərin çatışmaması səbəbindən istehsalı azaldır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Yaponiyanın "Honda", "Mazda", "Toyota", Nissan" və digər avtomobil istehsalı sahəsində tanınmış şirkətləri həm ölkə daxilində, həm də xaricdə yerləşən zavodlarında istehsalı ixtisara salmaq məcburiyyətində qalıb.

Bildirilir ki, "Honda" konserni Mie prefekturasındakı zavodunu 5 gün müddətinə dayandıracağını bəyan edib. Başa actmaqda olan yanvar ayında şirkət İngiltərədə olan zavodunu artıq dayandırıb, ABŞ və Kanada da olan zavodlarında isə istehsalın həcmini azaldıb.

Bu ərəfədə "Toyota" şirkətinin ABŞ-da, "Nissan" şirkətinin isə Yaponiyada istehsalı azaltdığı bildirilir. "Subaru" şirkəti də yanvar ayında Qumma da yerləşən 3 zavodunda istehsalı dayandırıb.

Qeyd edək ki, yarımkeçiricilərin təchizatında yaranan problemin əsas səbəbi kimi koronavirus pandemiyasına görə avtomobil istehsalı sahəsində yaranmış güclü böhrandan sonra baş verən bərpa proseslərinin tələblərinə bu hissələri hazırlayan şirkətlərin cavab verə bilməməsi göstərilir.


Etiketlər:  Yaponiyanın avtomobil istehsalçısı şirkətləri yarımkeçiricilərin çatışmaması səbəbindən istehsalı azaldır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ