Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2021 12:00
ARB TV-nin "Hüseynova bacıları" verlişinin növbəti qonağı müğənni Afət Fərmanqızı olub.
Sonxeber.net bildirir ki, müğənni boşanmış qadınların yenidən ailə qurması məsləsinə toxunub:
"Azərbaycanda mental dəyərlər başqadır. Elə boşanmış xanımlar var ki, onun namus və qeyrətinə heç kim, heç nə deyə bilməz. Mən də pis baxmıram. Oğlum kimi istəyib alsa, qarışmaram. Birinci soruşaram xanım nəyə görə boşanıb. Səbəbi bilib nəticəyə gəlmək olar. Səbəb məlum olmayanda və yaxud da xoşagəlməz olanda, təbii ki, mən də istəmərəm".
Daha sonra Afət Fərmanqızı özünün də boşanma səbəbindən danışıb:
"Birinci dəfə anlaşa bilmədik. Bəzən 15 il birlikdə yaşayırlar axırda da deyirlər ki, anlaşa bilmədik. Anlaşa bilmədinsə, 2, 3 uşaq, 15 il nədir. O yalan sözdür. Amma mən evliliyimin 2-ci ilinə girəndə ayrıldım. Gördüm ki, onunla uzun yola çıxa bilməyəcəm. Ailədə elmli insanla elmsiz insanda alınmır. O da gözəl insandır, insanlığına bir şey demirəm".