Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2021 17:56
ABŞ-ın keçmiş Prezidenti Donald Trampın kürəkəni Cerad Kuşner və müavini Avi Berkoviç Nobel Sülh Mükafatına namizəd olublar.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, onların İsrail, BƏƏ, Mərakeş, Sudan, Bəhreyn arasında normallaşma müqavilələrində (İsraillə ərəb ölkələrinin sözügedən anlaşmasına 3 səmavi dində adı hallanan İbrahim Peyğəmbərə ithafən "İbrahim anlaşmaları" da deyilir) əsas rol oynadıqları qeyd olunub.
Kuşner mövzu ilə əlaqədar açıqlamasında oktyabr ayında veriləcək mükafata namizəd göstərilməsindən qürur duyduğunu bildirib.
Qeyd edək ki, Vikiliksin qurucusu Culian Assanj, Donald Tramp, Sərhədsiz Reportyorlar (RSF) və Belarusun müxalifət lideri Svetlana Tixanovskayanın rəhbərlik etdiyi müxalifət qrupu "Nobel"ə namizəd göstərilib.
2018-ci ildə ABŞ-dan olan 18 Respublikaçı konqresmen tərəfindən Trampın Nobel Sülh Mükafatına namizəd göstərilməsi üçün Nobel Komitəsinə bir məktub göndərilib. Məktubda Nobel Sülh Mükafatını "Trampın Koreya müharibəsini bitirmək, Koreya yarımadasının nüvəsizləşdirilməsi və bölgəyə sülh gətirməsindəki işlərinə görə" almalı olduğu bildirilmişdi.