Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan ölən şəxsə 40 mərasimi keçirənlər cərimələndilər

Koronavirusdan ölən şəxsə 40 mərasimi keçirənlər cərimələndilər

Tarix: 1 Fevral 2021 18:24

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sonxeber.net-ın cənub bürosuna verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı şəhər sakini S. Qasımovanın karantin rejimi qaydalarını pozaraq COVID-19 infeksiyasından dünyasını dəyişmiş həyat yoldaşına 50 nəfərlik 40 mərasimi təşkil etməsi müəyyən edilib.

Həmin ünvana gələn polis əməkdaşları tərəfindən məclisin keçirilməsi dərhal dayandırılıb və məclisdə iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub. 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və onlar cərimə olunublar.


Etiketlər:  Koronavirusdan ölən şəxsə mərasimi keçirənlər cərimələndilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ