Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaponiyada üç deputat fövqəladə vəziyyət rejimini pozduğuna görə hakim partiyanı tərk edib

Yaponiyada üç deputat fövqəladə vəziyyət rejimini pozduğuna görə hakim partiyanı tərk edib

Tarix: 1 Fevral 2021 20:08

Fevralın 1-də Yaponiyanın hakim partiyasından olan üç deputat fövqəladə vəziyyət rejimində restoran və barlara getdiklərinə görə hakim partiyanı tərk etmək üçün müraciət ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə hakim Liberal Demokratik Partiyasının yüksək vəzifəli nümayəndəsi məlumat verib.

Bildirilir ki, İctimai Təhlükəsizlik üzrə Milli Komissiyanın sədri Matsumoto Cyun, dövlət təhsil naziri Tanoşe Taydo və parlamentin şöbə rəisinin müavini Otsuka Takaşı deputat mandatından imtina edib.

Əlavə olaraq qeyd edilir ki, ötən həftə C.Matsumoto KİV-lərin onun yanvarın 18-də Tokiodakı italyan restoranına getməsi barədə yaydığı məlumatdan sonra Seymin sədrinin səlahiyyətlərini icra edən vəzifəsindən istefa verib.

İlkin olaraq o, restoranda tək olduğunu bildirsə də, T.Tanoşe və O.Takaşinin sonradan ona qoşulduqları bildirilir.

Milli.Az


Etiketlər:  Yaponiyada üç deputat fövqəladə vəziyyət rejimini pozduğuna görə hakim partiyanı tərk edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ