Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistan törətdiyi bu təxribata görə cavab verəcək'' - Hərbi ekspert

''Ermənistan törətdiyi bu təxribata görə cavab verəcək'' - Hərbi ekspert

Tarix: 2 Fevral 2021 11:24

10 noyabr bəyanatından (Rusiya, Azərbaycan Prezidentləri və Ermənistan baş nazirinin imza atdığı sənədlər) sonra Ermənistanın törətdiyi bu təxribat Azərbaycan ictimaiyyəti tərəfindən böyük narahatlıqla qarşılanır.

Bunu Sonxeber.net-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, görünür, Ermənistan baş verən 44 günlük müharibədə başına dəyən dəmir yumruqdan hələ də doğru nəticə çıxarmayıb:

"Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Qazaxın 7 kəndini Azərbaycana qaytarmaq əvəzinə əsgərimizə atəş açaraq onun həyatını təhlükə altına alan düşmənin layiq olduğu sarsıdıcı cavabını yaxın saatlarda verəcəkdir. Bəlkə də artıq bu cavab verilir. Odur ki, bu zərbələrin nəticələrini gözləmək lazımdır. Azərbaycan dövlət başçısı düşmənə xəbərdarlığını etmişdi. Bu məsələyə dair həm Ermənistan rəhbərliyindən, həm də Rusiya sülhməramlılarından açıqlama tələb olunmalıdır. Görünür, baş verən 44 günlük müharibədə Ermənistan başına dəyən dəmir yumruqdan hələ də doğru nəticə çıxarmayıb.

Ermənistanda II müharibənin Ermənistan üçün hansı nəticələrə gətirib çıxardığını təsəvvür etməyən qüvvələr hələ də ordu və siyasi rəhbərlikdə yer almaqdadır. Ermənistan törətdiyi bu təxribatın acı nəticələrinə qatlanmağa məhkum olmalıdır. Və düşünürəm ki, bunun bədəlini düşmən ağır ödəyəcək".

Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində Er­mə­nistan Silahlı Qüvvə­lərinin Qazax ra­yo­nunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmə­ləri tə­rə­fin­dən həmin istiqamətdə dövlət sər­hədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xid­mə­tinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.

Təhməz Əsədov


Etiketlər:  Ermənistan törətdiyi təxribata görə cavab verəcək Hərbi ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ