Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Regionlarda paytaxtla müqayisə edilə biləcək yaşayış standartları olacaq

Regionlarda paytaxtla müqayisə edilə biləcək yaşayış standartları olacaq

Tarix: 2 Fevral 2021 15:28

Bakı. İlhamə İsabalayeva - Trend:

Regionlar paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmalıdır. Bu,regionların milli gəlirdə payının artırılmasını təmin edəcəkdir.

Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə əksini tapıb.

Sənəddə qeyd edilir ki, regionlar paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmalıdır.

Ötən dövrdə regionlarla müqayisədə ölkəmizin paytaxtı daha sürətlə inkişaf etmişdir. Uzunmüddətli dövrdə əsas məqsədimiz regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaqdır. Bunun üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır.

Regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməlidir. Regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Bu, regionların milli gəlirdə payının artırılmasını təmin edəcəkdir.


Etiketlər:  Regionlarda paytaxtla müqayisə edilə biləcək yaşayış standartları olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ