Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MFL-ə pulsuz qatılan 5 komandadan biri ol - Video

MFL-ə pulsuz qatılan 5 komandadan biri ol - Video

Tarix: 19 Iyul 2019 21:52

Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL yeni mövsümün qeydiyyatına start verib.

Bu mövsüm liqada 50 komandanın iştirakı planlaşdırılır. Bunlardan 45-i qeydiyyat haqqını tam ödəməklə turnirə birbaşa qatıla bilər. 5 komanda isə heç bir ödəniş etmədən  keçiriləcək təsnifat mərhələsində qalib gələrək MFL-in yeni mövsümündə çıxış edəcək.

Təsnifat mərhələsi nədir?

80 komanda arasında keçiriləcək təsnifat mərhələsi aşağıdakı qaydada təşkil olunacaq:

- Hər birində 16 komanda olmaqla 5 play-off keçiriləcək.

- Kubok sistemi üzrə keçiriləcək play-off-larda komandalar 1/8, 1/4, 1/2-ə və nəhayət finala yüksələcəklər.

- “Play-off”larda qalib gələn komandalar (ümumilikdə 5 komanda) MFL-in əsas mövsümündə pulsuz iştirak etmək hüququ qazanacaqlar.

- Təsnifat mərhələsində komandalar aralarında bir dəfə görüş keçirəcəklər. Cavab oyunları nəzərdə tutulmur.

- Cütlüklər püşkatma yolu ilə müəyyən olunacaq.

- Heyətində minimum 8, maksimum isə 16 oyunçu olan istənilən komanda təsnifat mərhələsində iştirak edə bilər.

- Təsnifat mərhələsində iştirak ÖDƏNİŞSİZDİR!

Təsnifat mərhələsində çıxış etmək istəyən komandalar aşağıdakı şərtləri nəzərə almalıdırlar:

1. Təsnifat mərhələsinin qalibləri MFL-də şirkət adından çıxış etmək istəsələr müvafiq ödəniş (2000 manat) etməli olacaqlar. Lakin şirkət adından istifadə etməsələr yuxarıda qeyd olunduğu kimi MFL-in əsas mövsümündə iştirak pulsuz olacaq.

2. Təsnifat mərhələsinin qalibi olmuş komandaların üzvləri sonradan başqa komandaya keçə bilməzlər (bu yalnız qış transfer pəncərəsi zamanı mümkün olacaq).

3. Təsnifat mərhələsinin qalibi olmuş 5 komandanın oyunçularının əsas mövsümə buraxılması üçün onlar turnirin Reqlamentinə cavab verməlidirlər. Reqlamentə cavab verməyən oyunçular təsnifat mərhələsinin yekunlaşmasından sonra komandalardan uzaqlaşdırılacaqlar.

Suallarınız varsa zəng edə və yaxud mesaj göndərə bilərsiniz:

Telefonlar: (070) 269-00-21, (055) 587-53-54

E-mail: [email protected]

Təsnifat mərhələsinə ərizə və sənədlər 10 avqust tarixinə qədər qəbul edilir.

Futbol həyatınızın ayrılmaz bir hissəsidirsə, öz gücünüzü və bacarığınızı sınamaq istəyirsinizsə bu fürsəti qaçırmamalısınız. Kim bilir, bəlkə 5 şanslı komandadan biri elə siz olacaqsınız!





 


Etiketlər:  pulsuz qatılan komandadan biri Video


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ